Mağazanın damını sökərək oğurluq edən şəxs tutulub

Cəmiyyət

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Obyektin damını sökərək içəriyə daxil olan naməlum şəxs oradan 6500 manat pulu götürərək hadisə yerindən yayınıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də məhkum olunmuş Şəmil Əmrahov tutulub. O, ifadəsində oğurluq etdikdən sonra Bakı şəhərinə getdiyini və əldə etdiyi pulu paytaxtda xərclədiyini bildirib. Bir qismi isə Şəmil Əhmədovdan maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə Göyçay şəhər sakini İlqar Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı İlqar Muradovun həmin narkotik vasitə və psixotrop maddəni keçmiş məhkum Pərviz Abdullayevdən aldığı müəyyən edilib.

Şübhəli şəxs qismində saxlanılan Pərviz Abdullayevin üzərinə və yaşadığı ünvana baxış keçirlərkən heroin, marixuana, metadon, eləcə də tramadol həbləri aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir