Güney azərbaycanlılar terror aktı ilə əlaqədar Təbrizdəki konsulluğumuzun önünə gül dəstəsi qoyublar – FOTO

Dünya

Güney azərbaycanlılar Tehrandakı səfirliyimizə edilən hücumla əlaqədar başsağlığı vermək üçün respublikamızın Təbrizdəki Konsulluğunun önünə gül dəstəsi qoyublar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Məlumatda deyilir: “Güney azərbaycanlılar Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləmək və başsağlığı vermək üçün Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğuna gül dəstəsi qoyublar”.

Xatırladaq , yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir