Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.
“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik qurumların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, – deyə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məqalədə vurğulanıb.
Bəyanatda mərhumun doğmalarına və yaxınlarına başsağlığı verilib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa dilənib.
www.RESMIXEBER.az