Prezident: “BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

Siyasət

“BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev söyləyib.

Dövlətimizin başçısı deyib ki, burada bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir:

“İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır”.

Bunun ədalətli olacağını hesab etdiyini vurğulayan Azərbaycan Prezidenti bildirib:

“Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir