“Sərhədsiz resmixeber.azyorlar”: “İran KİV işçilərinə qarşı təzyiqləri davam etdirir”

Dünya

İran kütləvi informasiya vasitələri işçilərinə qarşı təzyiqləri davam etdirir.

İranda etirazlar başlayandan 16-sı qadın olmaqla ən azı 55 jurnalist həbs edilib. Onlardan 27-si hələ də həbsdədir. Bəzi jurnalistlər ağır həbs cəzalarına məhkum ediliblər.

Bu barədə “Sərhədsiz resmixeber.azyorlar” təşkilatı məlumat verib.

“Lakin bir çox jurnalistlər və müxbirlər heç də az inadkar deyillər: hər yerdə hiss olunan təhdidlərə baxmayaraq, onlar cəsarətlə işlərini davam etdirirlər. Dünyanın İran rejiminin qəddarlığı haqqında öyrənməsi vacibdir”, – deyə məlumatda bildirilib.

İran hakimiyyəti aktivist Məhsa Əmininin ölümü barədə ilk dəfə yazan iki jurnalisti vətənə xəyanətdə və ABŞ kəşfiyyat orqanlarında işləməkdə ittiham edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir