Jalə Təbrizi İranda insan hüquqlarının pozulmasına qarşı cəmiyyətin apardığı mübarizədən danışıb – VİDEO

Siyasət

“İranda yaşayan azərbaycanlılar ana dillərində təhsil istədikləri üçün 15 il həbs edilir”.

Bu sözləri Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi, Fransada yaşayan Jalə Təbrizi müsahibəsi zamanı deyib.

O bildirib ki, onun yaratdığı Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti İranda insanların hüquqlarının qorunması üçün mübarizə aparır.

“İranda həbs edilən şəxslərin valideynləri bizim cəmiyyətə müraciət edir, onların nəyə görə həbs edildiyini araşdıranda görürük ki, bu insanlar ya ana dillərində təhsil istədikləri üçün, ya da Urmiya gölünün qurudulmasına etiraz etdiyi üçün tutulub. İran hökuməti ana dilində təhsil istəyən, türkcə kitab çıxaran, türkcə yazan hər kəsi təhlükə kimi görür”, – deyə cəmiyyət sədri qeyd edib. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir