Rusiya XİN: “Ümid edirik, Azərbaycanın İrandakı səfirliyinə hücumda günahkarlar məsuliyyətə cəlb olunacaqlar”

Siyasət

“Rusiya Xarici İşlər Nazirliyi ümid edir ki, Tehranda Azərbaycan səfirliyinə hücumda günahkarlar məsuliyyətə cəlb olunacaqlar”.

resmixeber.az-ın məlumatına görə, bu barədə Rusiya xarici siyasət qurumundan bəyan edilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin hökumətlər tərəfindən təmin edilməsinin zəruriliyini vurğulayır.

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk. Daxil olan məlumata görə, bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə, Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun iki həmkarı yaralanıb. Hücum edən şəxs saxlanılıb, Tehran polisi araşdırma aparır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar.

Baş vermiş insident 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq qəbul edilən dövlətin hakimiyyət orqanları tərəfindən diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin təmin edilməsi vacibliyini bir daha təsdiqləyir”, – deyə bəyanatda vurğulanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir