Naxçıvanda ustanın qolunu elektrik mişarı kəsib

Cəmiyyət

Naxçıvanda usta iş vaxtı xəsarət alıb.

resmixeber.az xəbər verir ki, marketdə çalışan 1987-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İlkin Əhmədxanovun qolunu elektrik mişarı kəsib.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb.

Digər bənzər hadisə dünən gecə saatlarında baş verib. Şirkətlərin birində çalışan 1968-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Rəsul Bağırovun əli dəzgaha düşüb. Ciddi xəsarət alan Rəsul Bağırov da təcili olaraq Bakı şəhərinə aparılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir