Mingəçevirdə 14 gün qabaq qəzaya düşən yeniyetmə öldü

Cəmiyyət

Mingəçevirdə yol-nəqliyyat hadisəsinə düşən 14 yaşlı yeniyetmə ölüb.

resmixeber.az xəbər verir ki, yanvarın 13-də Samux küçəsində Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi QAZ markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil toqquşub.

Nəticədə “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir