Tovuzda ər-arvad hamamda boğulub öldü

Cəmiyyət

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüblər.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri – 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir