Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
resmixeber.az-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü – Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Mendi Zayiroğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az