NATO-nun müdafiə nazirlərinin görüşəcəyi tarix məlum oldu

Dünya

NATO ölkələri müdafiə nazirləri 14 fevral tarixində Brüsseldə görüşəcəklər.

Görüşdə Ukraynaya silah tədarükü ilə bağlı təmas qrupunun iclası keçiriləcək.

Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“Müdafiə nazirləri Baş katib Yens Stoltenberqin sədrliyi ilə fevralın 14-15-də NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcəklər. Fevralın 14-də NATO-nun mənzil-qərargahında ABŞ-nin rəhbərliyi ilə Ukrayna üzrə təmas qrupunun ayrıca iclası keçiriləcək”, – deyə məlumatda qeyd edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir