1938-ci il istehsalı olan “Mercedes-Benz” Adolf Hitlerin generallarından birinə məxsus imiş. General şəxsi maşını olaraq istifadə edib. 85 yaşlı avtomobilin özünəməxsus xüsusiyyətləri var. Dəyəri 1,5 milyon manatdır. Dünyada limitli sayda olan bu klassik avtomobil İkinci Dünya müharibəsindən əvvələ aiddir. Maşın iki qapılıdır. Ölkədə 1 ədəd qalıb. 170 B modelidir. Dizel yanacağı ilə işləyir.
1936-cı ilin fevralında Berlində keçirilən Beynəlxalq avtomobil və motosiklet sərgisində təqdim edilib. Zavod 1936-1942-ci illərdə bu modeldən 7506 ədəd istehsal edib. Orta sinfin ən çox aldığı avtomobil silsiləsindəndir. Lakin İkinci Dünya savaşında Almaniyada bütün metal istehsalı müharibəyə yönəldiyindən avtomobil istehsalı xeyli azalıb. Müharibədən sonra yenə də Avropada ən çox satılan avtomobil brendinə çevrilib.
Avtomobilin sahibi Teymur Məmmədov sözügedən avtomobili qohumu Heydər Əhədov vəfat etdikdən sonra mərhumun oğlundan alıb. Bir sıra xeyir işlərdə istifadə olunub. Kliplərə də çəkilib. Hazırda avtomobilini satmaq istəyir. Düşünür ki, klassik avtomobil daha yaxşı şəkildə saxlanılmalıdır. Lakin bunun üçün məkanı və imkanı yoxdur.
PhotoStock.az-ın sözügedən avtomobillə hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: PhotoStock.az
www.RESMIXEBER.az