Qubada narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Cəmiyyət

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

B.Əskərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəməyə göndərilib.

Quba Rayon Məhkəməsinin qərarına əsasən, həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir