Müəllimlərin maaşları nə zaman artacaq? – FOTO

Cəmiyyət

“Mövzudan asılı olmayaraq, ən çox verilən sual məhz müəllimlərin əməkhaqlarının nə zaman artması ilə bağlıdır. Sosial şəbəkədə birbaşa yazıb sual ünvanlayanların böyük əksəriyyəti məhz bu məsələni öyrənmək istəyir”.

resmixeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

O qeyd edib ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əməkhaqları yanvarın 1-dən etibarən artırılıb:

“Bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar da qəbul olundu. Bu aydan etibarən VTC dərəcələrində orta hesabla 15 faiz artım həmin işçilərin maaşlarına əlavə olunacaq. Bütövlükdə, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əməkhaqları son artımlara aid olundu”.

Deputat bildirib ki, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in hər birinin ayrıca əməkhaqqı sxemi var:

“Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş.

Bu sektorlar üzrə çalışan və əməkhaqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırılıb. Çünki, heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz. Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa və əməkhaqqısı 300 manat idisə, o vətəndaşlarımızın maaşları artıq artırılıb.

Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay zaman ayrılmışdı”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir