Ordubadda iki maşın toqquşub, xəsarət alan var

Cəmiyyət

Ordubad rayonunda yol qəzası baş verib.

resmixeber.az xəbər verir ki, rayonun Kotam kəndi ərazisində 69-BB-442 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobillə 69-BC-192 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı maşın toqquşub.

“VAZ-2107” markalı avtomobilin sürücüsü Samir Seyidzadə bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir