2011-ci ildən xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslər imtahan verəcəklər

Cəmiyyət

Səhiyyə Nazirliyi 2011-ci ildən xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərin imtahanlarının mərhələli şəkildə keçirilməsinə başlayıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb.

Həmin əmrə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədi ilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.

Qeyd olunan Əmrə və Qərara əsasən, 07.12.2022-ci il tarixinədək Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Elektron Səhiyyə xidmətləri” bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə başlanılıb.

İmtahanların ilk mərhələsi 23-24.01.2023-cü il tarixlərində baş tutub. İmtahan nəticələri barədə məlumat namizədlərə elektron kabinet vasitəsi ilə imtahanın keçirildiyi gün verilib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər imtahanda diplomun etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən təsdiq edildikdən sonra iştirak edə bilərlər. Komissiyanın Qərarı ilə imtahana buraxılan şəxslərə buraxılış vərəqəsi verilir. Buraxılış vərəqəsi imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsi ilə göndərilir. İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar buraxılış vərəqəsində qeyd olunur.

İmtahanda iştirak etmək üçün 07.12.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş şəxslərin imtahanları davam etdirilir. İmtahanların birinci mərhələsinə cəlb edilməmiş şəxslər üçün keçiriləcək imtahanların tarixləri barədə əlavə Səhiyyə Nazirliyinin rəsmi internet saytında məlumat veriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir