“Aztelekom”un rəhbəri dəyişib – FOTO

Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

“resmixeber.az” un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (“Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

Qeyd edək ki, “Aztelekom” MMC-nin Baş direktoru Klaus Müllerin vəzifəsindən azad edilməsi barədə ilk xəbəri resmixeber.az yazıb. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir