Rusiya təyyarəsində növbəti gərginlik: Uçuş zamanı çəndən yanacaq axmağa başladı – VİDEO

Dünya

Rusiya təyyarəsində uçuş zamanı çəndən yanacaq axmağa başlayıb.  

Təyyarənin pəncərədə əyləşən sərnişini bu görüntüləri lentə alıb. Video “Aviatorshina” “Telegram” kanalı tərəfindən yayımlanıb.

Hadisə Soçi hava limanının uçuş-enmə zolağında Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin təyyarəsi uçuşa hazırlaşdığı zaman baş verib.

Görüntülərdə “Airbus A321” təyyarəsinin sağ qanadının drenaj dəliyindən reaktiv yanacağın axdığı əks olunub.

Dispetçerlər pilotlara sızma barədə xəbər veriblər. Uçuş dərhal dayandırılıb, mühərriklər söndürülüb, təyyarə dayanacağa aparılıb.

“Yaxşı ki, uçmadıq”, – deyə təyyarənin sərnişinləri videoya şərh veriblər.

“Həmçinin mərkəzi çəndən yanacağın avtomatik idarə olunması sistemində nasazlıq olması barədə pilotlara məlumat daxil olub. Bu halda ekipaj əllə idarəetmə rejiminə keçid edib”, – deyə “Telegram” kanalı məlumat verib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir