Nazarbayev xəstəxanadan evə buraxılıb

Dünya

Həkimlər Qazaxıstanın 82 yaşlı ilk Prezidenti Nursultan Nazarbayevi Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzindən planlı ürək əməliyyatından sonra evə buraxıblar.

Bu barədə tibb müəssisəsindən məlumat verilib.

Bildirilib ki, o, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb.

Xatırladaq ki, Nazarbayev yanvarın 20-də əməliyyat olunub.

Siyasətçi 1991-ci ildən dövlət başçısı vəzifəsini icra edib. 2019-cu ilin martında o, öz istəyi ilə istefaya getməsi haqqında fərman imzalayıb. Nazarbayevdən sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir