Parisdə çörəkbişirənlər etiraza qalxdılar

Dünya

Parisdə çörəkbişirənlər elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyasına çıxıblar.

Məlumata görə, yanvarın 23-də Fransa paytaxtında çörəkçi və sənətkarların inflyasiyaya qarşı nümayiş baş tutub.

Hadisə şahidlərinin sözlərinə görə, aksiyada yüzlərlə insan iştirak edib.

Yürüş zamanı üzərində “Makron, cavab ver! Bütün çörəkçilərin sonu budur!”, “Sənətkarlar üçün ədalətli tariflər!”, “Biz çörəkçilər işləməyə davam etmək istəyirik!” – kimi şüarlar yazılmış pankartlar qaldırılıb.

Aksiya dinc xarakter daşıyır. Yürüşə polis patrulları tərəfindən nəzarət olunur.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir