Tovuzda minik maşını işıq dirəyinə çırpıldı: Xəsarət alan var – FOTO

Cəmiyyət

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir