Səkkiz yaşlı Nurayın anası: “Qızımın müalicəsi üçün 4 000 manata ehtiyac var” – FOTO

Cəmiyyət

Səkkiz yaşlı Nurayın sizin köməyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Səbinə Salahova məlumat verib.

O bildirib ki, beyninin sol tərəfi iflic olan Nuray gəzə və danışa bilmir. Beyin funksiyaları iflic olduğuna görə, Nuray altı aydan bir mütəmadi olaraq Türkiyənin İstanbul şəhərində bağırsaqlarından müalicə almalıdır.

“Nurayın müalicəsinin vaxtından artıq 6 aya yaxın vaxt keçib. Müalicə üçün bizə 10 000 manat pul lazım idi. 6 000 manat lombarddan götürə bilmişik, amma 4 000 manatı heç cür toplaya bilmirik. Evimizdə bir yoldaşım, bir də 76 yaşlı anam işləyir. Yoldaşım fəhlədir, anam isə küçədə limon və gül satır, Nurayın günlük xərclərini qarşılamaq üçün. Qızımın çox az zamanı qalıb, yardımsevər şəxslərdən qızıma yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 993 29 32

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir