Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib – FOTO

Cəmiyyət

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

resmixeber.az xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

Rəşid İsmayılov 17 ünvanında yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən əks tərəfə keçmək istəyən 45 yaşlı Xəyyam Ələsgərovu 02-BL-612 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisəni törədən sürücü Əsədov Ədalət Maqsud oğlu dərhal təcili tibbi yardım briqadasına müraciət edib. Yaralı açıq kəllə beyin travması və sağ ayaq sümüyünün sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Sürücünün izahatını Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları alıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir