Şahzadə Harrinin xatirələrini sataraq nə qədər qazandığı məlum olub

Dünya

Şahzadə Harri avtobioqrafik kitabından 16 milyon funt sterlinq qazanıb.

O, həyat yoldaşı Meqan Marklla Böyük Britaniyanı tərk etdikdən sonra ciddi maliyyə çətinlikləri ilə üzləşiblər. Lakin onların maliyyə itkiləri tezliklə media şirkətləri ilə bir neçə böyük sövdələşmə ilə kompensasiya olunub.

Jurnalistlərin fikrincə, hələ tərcümeyi-halın nəşrindən əvvəl şahzadə Harri “Penguin Random House”dan 16 milyon funt sterlinq alıb, həmçinin “Spotify” və “Netflix” ilə sövdələşmələrdən 109 milyon funt-sterlinq qazanıb.

Qeyd edək ki, Harrinin avtobioqrafik kitabı Britaniyada ən tez satılan qeyri-bədii əsər olub. Təkcə satışın ilk günündə elektron və audio versiyaları da daxil olmaqla 400 min kitab satılıb.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir