Bakıda yataqxanada yanğın oldu, sakinlər təxliyə edildi

Cəmiyyət

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Fövqqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində ümumi sahəsi 20 kvadratmetr olan mətbəxdə 5 kvadratmetr sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik açarı və 2 ədəd plastikdən ibarət qapı əriyib.

Yanğın zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 3 nəfər bina sakini (onlardan 1-i azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir