Peruda etirazçılarla polislər arasında toqquşma olub: 60-dan çox insan xəsarət alıb – FOTO

Dünya

Peruda artıq bir aydan çoxdur davam edən etiraz aksiyaları səngimək bilmir.

Polislə baş verən toqquşmalar nəticəsində onlarla perulu yaralanıb.

Etirazların keçirildiyi müxtəlif bölgələrdə polis daş və şüşə butulkalar atan nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Nəticədə təkcə bir gün ərzində ölkənin müxtəlif şəhərlərində baş verən nümayişlərdə 63 nəfər xəsarət alıb. Hazırda Perunun bir sıra şəhərlərində fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Peru prezident Pedro Kastilyo hakimiyyətdən uzaqlaşdırılıb. Nəticədə onun tərəfdarları sonra genişmiqyaslı nümayişlərə başlayıb. Etirazçılar yolların bağlayıb, hava limanlarına və hökumət binalarına hücum ediblər.

Mənbə: RBK

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir