Şamaxı sakini ov tüfəngindən atəş açaraq özünə qəsd edib

Cəmiyyət

Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1979-cu il təvəllüdlü Eyyubov Hünər Ramiz oğlu ov tüfəngindən atəş açaraq özünə qəsd edib.

”resmixeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cabani kəndində qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Hünər Eyyubovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir