Fransada Rusiya hakimiyyətinin ən güclü təbliğat resursu bağlandı

Dünya

“RT France” telekanalı bağlandığını elan edib.

Bu barədə telekanal dərc etdiyi press-relizdə məlumat verilib.

“5 illik inadkar mübarizədən sonra hakimiyyət öz məqsədinə – “RT France”ın bağlanmasına nail olub”, – press-relizdə yazılıb.

Məlumat üçün qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələş ingilisdilli xəbər kanalına “RT International”, “RT Arabic”, “RT en Español”, “RT France”, “RT DE” telekanalları, həmçinin ingilis dilində “RT Documentary” və rus dilində “RT Doc” kanalları daxildir.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir