Xaçmazlı narkotacir Qubada beşbarmaq və narkotiklə saxlanıldı – VİDEO

Cəmiyyət

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan resmixeber.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Xaçmaz rayon sakini Müşfiq Rəsulov saxlanılıb. Həmin şəxsin üzərinə  baxış keçirilən zaman külli miqdarda  narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı M.Rəsulovun Xaçmaz rayon ərazisində narkotik alverçisi kimi tanındığı müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir