Bələdiyyələrin sayının azaldılması nəyi dəyişəcək? – FOTO

Cəmiyyət

“Bələdiyyələrin birləşdirilməsi yeganə çıxış yolu deyil. İndiki situasiyada bələdiyyələrin sayının azaldılması ilə yanaşı, böyük şəhər bələdiyyələri də formalaşmalıdır”. 

Bunu “Qaynarinfo”ya açıqlamasında bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli Milli Məclisin deputatı Siyavuş Novruzovun bələdiyyələrin yenidən formalaşmasını önə çəkərək, onların sayının azaldılmasına ehtiyac yarandığı fikrinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, bələdiyyələrdə xidmətin sayı da çoxaldılmalıdır:

“Azərbaycan Avropa Xartiyasının bu istiqamətdə tələbini 20 ilə yaxındır ki, icra etmir. Bələdiyyələrin birləşdirilməsini tələb etməklə yanaşı, böyük şəhər bələdiyyəsinin, mer institutunun yaradılması məsələsi də gündəmə gətirilməlidir. Kiçik bələdiyyələr öz təsərrüfat imkanlarını qura bilmədiyindən onların birləşdirilməsi vacibdir. Amma bu hal özünü o zaman doğruldacaq ki, dövlət büdcəsindən bələdiyyələrə həm də vəsait ayrılsın. Bələdiyyənin yığım imkanı torpaq və əmlak vergisindən formalaşır. Ona görə bələdiyyələrdə xidmətin sayı da çoxaldılmalıdır. Nikah və notariat xidmətləri də bələdiyyələrə verilməlidir. Bu halda özünüidarə orqanlarını inkişaf etdirə bilərik. Ona görə də bələdiyyələrin sayının azaldılması ilə onun səlahiyyətlərinin artırılması, təsərrüfat imkanlarının genişləndirilməsi prosesi paralel aparılmalıdır”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir