20 Yanvarda dini şüarlar səsləndirənlər saxlanılıblar

Cəmiyyət

20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanında dini şüarlar səsləndirən şəxslər saxlanılıblar.

Bu barədə resmixeber.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

“20 Yanvarda dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub. Həmin şəxslərdən beşi barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, – deyə o qeyd edib.

DİN-in rəsmisi əlavə edib ki, Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib:

“Digərləri barədə araşdırmalar davam etdirilir”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir