Bakıda liftdə qalanlar xilas ediliblər – FOTO/VİDEO

Cəmiyyət

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə resmixeber.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən liftin texniki nasazlıq səbəbindən doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində dayandığı və içərisində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi vasitələrlə vətəndaşları liftdən təhlükəsiz şəraitdə çıxararaq xilas ediblər.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir