FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru (CEO) Sem Bankman-Fraydın təxminən 700 milyon dollarlıq aktivinə həbs qoyulub.
Birja fırıldaqçılıq və çirkli pulların yuyulması da daxil olmaqla 8 cinayətdə mühakimə olunur.
Məhkəmə sənədlərinə əsasən, Nyu-Yorkun Cənub Dairəsi üzrə prokuroru Damyan Vilyams müsadirə ediləcək səhmlər, nağd pullar və kriptovalyutadan ibarət 10 hesab müəyyən edib.
Bu çərçivədə Bankman-Fraydın təxminən 700 milyon dollarlıq aktivi müsadirə edilib.
O, fırıldaqçılıqda təqsirli bilinərsə, sözügedən sərvətini itirəcək.
Mənbə: Haber Global
www.RESMIXEBER.az