Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi – SƏBƏB

Dünya

Ankara İsveçin müdafiə naziri Pol Yonsonun Türkiyəyə planlaşdırılan səfərini ləğv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bəyan edib.

O, PKK terror təşkilatı tərəfdarlarının Qurani-Kərimə qarşı təxribatlarını və Stokholmda Türkiyə səfirliyi qarşısında Türkiyə əleyhinə nümayiş keçirmək üçün İsveç polisindən icazə almasını kəskin tənqid edib.

“Buna qarşı reaksiya göstərməmək qəbuledilməzdir. Mütləq tədbir görmək lazım idi”, – deyə nazir bildirib.

“Hazırda İsveçin müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızdır. Ona görə də biz səfəri ləğv etdik”, – deyə Hulusi Akar əlavə edib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir