Çeçenistanda “Cihad” hərbi avtomobilləri istehsal olunacaq

Dünya

Çeçenistan hakimiyyəti “Cihad” adlı yüngül hərbi avtomobillərin istehsalına başlamaq niyyətindədir.

Avtomobillərin Çeçenavto zavodunun bazasında yığılması planlaşdırılır.

Model Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində sınaqdan keçirilməlidir.

Cihad maşınının istehsalına başlanılması məsələləri Çeçenistan Respublikası Hökumətinin sədri Müslüm Xuçiyev ilə regionun sənaye və energetika naziri Adam Hakimovun Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəhbərliyi ilə işgüzar görüşləri zamanı müzakirə olunub..

Həmçinin qeyd olunub ki, regional hökumət hərbi texnikanın (o cümlədən zirehli texnikanın) təmiri və texniki xidməti üçün böyük mərkəzin yaradılması imkanlarını araşdırır. Dəmir yolunun logistika üçün əhəmiyyətini nəzərə alaraq, belə bir mərkəz Çeçenavto bazasında və ya Qroznı sənaye istehsalı tipli xüsusi iqtisadi zonanın ərazisində yaradıla bilər.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir