“Google” 12 min işçini ixtisar etməyə hazırlaşır

Dünya

“Google”un “Alphabet” aparıcı şirkəti 12 min işçisini ixtisar etməyə hazırlaşır.

Bu rəqəm qlobal işçi qüvvəsinin 6 faizindən çoxunu təşkil edir.

Bununla bağlı şirkətin CEO-su Sundar Piçai işçilərə məktub yollayıb. O, məktubda bu qərarı verməyə məcbur olduğunu və məsuliyyət daşıdığını bildirib.

Bundan əvvəl isə “Amazon”, “Microsoft” və “Meta” (“Facebook”) şirkətləri də ixtisarlar barədə açıqlamalar vermişdi.

“Bu addım xərclərimizi tənzimləmək və mövcud kapitalımızı daha məhsuldar sahələrə yönəltmək məqsədi daşıyır”, – deyə CEO Piçai qeyd edib.

“Bizim süni intellekt sahəsində qarşımızda fürsətlər var”, – deyə o əlavə edib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir