Avropa Komissiyasının rəhbəri postuna qadın baş nazir təyin oluna bilər

Dünya

Finlandiyanın hazırkı Baş naziri Sanna Marin Avropa Komissiyasının (Aİ hökuməti) yeni rəhbəri təyin edilə bilər.  

Avropa Parlamenti bu variant üzərində ciddi müzakirələr aparır.

Qeyd olunur ki, Finlandiya hökumətinin hazırkı rəhbəri vicdanlı siyasətçi reputasiyasına malikdir və heç bir şübhəli işdə adı hallanmayıb. Sanna Marin ümumavropa hökumətinin rəhbəri postuna uyğun namizəd kimi göstərilir. Xüsusən də Avropa Komissiyası strukturları ətrafında baş verən son korrupsiya qalmaqalları fonunda Marinin namizədliyi məqbul hesab edilir.

Mənbələrin bildirdiyinə görə, Finlandiya baş nazirinin liberal fikirləri və onun Rusiyaya qarşı sərt mövqeyi Avropa Parlamenti deputatlarında müsbət təəssürat yaradıb.

“Parlamentdə və ümumilikdə Brüsseldə Marin siyasi superulduz hesab olunur. Onun adı qalmaqallarda hallanmır, həmçinin də Ukrayna ilə bağlı açıqlamalarına görə ölkə hüdudlarından kənarda da məşhurdur”, – deyə Avropa Komissiyasına yaxın olan və adı açıqlanmayan mənbə qeyd edib.

Eyni zamanda Sanna Marin özü hələ Brüsseldə mümkün karyerası ilə bağlı şayiələrə münasibət bildirməyib. Həmçinin bunun üçün Finlandiyadakı karyerasını qurban vermək istəyib-istəməyəcəyi də hələ məlum deyil.

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir