İki məzarı olan şəhid – VİDEO

Siyasət

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisəsindən 33 il keçir. O dəhşətli gecədə ürəyində Vətən sevgisi daşıyan oğullarımız əliyalın, qorxmadan, çəkinmədən, cəsarətlə düşmən tanklarının qarşısına çıxdılar. 

Həmin gecədə Şamaxı da iki igidi Vətənə şəhid verdi − Vidadi Məmmədov və Ağanəzər İsrayılov.

Ağanəzər hələ uşaq yaşlarından qoçaqlığı ilə seçilirdi. Elə ona görə də arzusu polis olmaq idi. Ağanəzər 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə düşmənə meydan oxuyan minlərlə igid övladlarımız kimi Vətənin müdafiəsinə qalxmışdı.

Həmin gecə şəhid olan həmvətənlərimiz Dağüstü parkda, indiki Şəhidlər xiyabanında dəfn olunmalı idi. Amma şəhidin anasının xahişi ilə övladının nəşi Şamaxıya gətirilir. Ağanazərin dəfni üçün Şəhidlər xiyabanında ayrılmış qəbri isə boş qalmamalı idi. Elə buna görə də ona məxsus olan xüsusi əşyalar, şəhid olarkən əynindəki polis geyimi həmin yerdə basdırılır.

Ağanəzərin toyuna hazırlaşan ailə onun şəhidlik xəbərini alır. Ondan geriyə bir yadigarı qalmasa da, yaşadığı küçə adını daşıyır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir