Qvardiola “Mançester Siti”nin azarkeşlərindən gileyləndi

Dünya

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun azarkeşlərini tənqid edib.

İspaniyalı mütəxəssis söyləyib ki, indikindən fərqli olaraq əvvəllər azarkeşlərin komandaya dəstəyi daha çox idi.

“Bizim azarkeşlər 45 dəqiqə susurlar. Onlar bizi pis oynadığımıza görə yox, uduzduğumuza görə fitə basırlar. Əvvəllər fərqli idi. Bəlkə də son beş ildə dörd dəfə Premyer Liqanı çox asanlıqla qazandığımıza görə bizi… Bu, mənim vəzifəmdir, işimdir. Mən istəyirəm ki, bizim azarkeşlər qayıtsınlar, istəyirəm ki, onlar bizim yanımızda olsunlar”, – deyə 52 yaşlı mütəxəssis bildirib. 

Mənbə: Sky Sports

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir