Gürcüstanın Saqareco şəhərində 1974-cü il təvəllüdlü kişi yaşayış binasının eyvanından atəş açıb. Həmin vaxt həyətdə olan dörd nəfər ölüb, beş nəfər isə yaralanıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, şübhəli şəxs hadisə yerinə gələn polislərə də atəş açıb, nəticədə hüquq-mühafizə orqanının əməkdaşlarından biri həlak olub.
Səlahiyyətlilərin məlumatına görə, kişi intihar edib. Hazırda araşdırmalar aparılır.
KİV-də yayılan məlumata görə, şübhəli Əfqanıstanda sülhməramlı missiyada iştirak etmiş keçmiş hərbçi olub və 2006-2021-ci illərdə Müdafiə Nazirliyinin strukturlarında da işləyib.
Mənbə: Lenta.ru
www.RESMIXEBER.az