Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“resmixeber.az”un məlumatına görə, Nobel prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Kərimov Nicat Elman oğlunu vurub.
Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, soltərəfli bazu və baldır sümüklərinin yerdəyişən açıq sınıqları diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
www.RESMIXEBER.az