Niderlandda erməni təxribatının qarşısı alınıb, sənədli filmin nümayişinə imkan verilməyib – FOTO

Siyasət

Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki “Hof 88” teatrında ermənilərin “45 gün: millət uğrunda mübarizə” sənədli filminin nümayişinin qarşısını alıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Bu məqsədlə etiraz kampaniyasına başlayan soydaşlarımız bir həftə ərzində “Hof 88” teatrının elektron poçtuna məktublar göndəriblər. Eyni zamanda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Ələkbər Mirhəşimli teatrın rəhbərliyi ilə əlaqə saxlayaraq Azərbaycan icmasinin bu məsələ ilə bağlı narahatlıgını nəzərə çatdırıb.

Bundan sonra teatr rəhbərliyi sənədli filmin afişasını https://www.hof88.nl/ saytının elanlar hissəsindən çıxarıb. Lakin Niderlanddakı erməni icmasının sosial şəbəkələrdə filmin təbligatına başlaması Azərbaycan icmasının etiraz kampaniyasının daha da gücləndirilməsinə səbəb olub.

Bu dəfə artıq teatr rəhbərliyi sənədli filmin nümayişinin dayandırıldıgı barədə məlumat yayıb. Bu məlumat etirazçıların hər birinin elektron ünvanına da göndərilib.

“Hof 88” teatrının rəhbərliyi bu addımı indiki həssas durumda filmin nümayişinin doğru olmaması, Niderland Krallığında yaşayan Azərbaycan icması uzvlərinin çoxsaylı məktub və etirazının nəzərə alınması ilə izah edib. Teatr rəhbərliyi həmçinin filmin məzmununun nəzərə alınmadan nümayiş planına salınmasına görə Azərbaycan icmasindan üzr istəyib.

Qeyd edək ki, ötən ilin dekabrında britaniyalı rejissor, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen “Twitter” mikrobloqunda ərsəyə gətirdiyi “sənədli film”in “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəd olduğu barədə məlumat paylaşıb. O iddia edir ki, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı “Artsax”da işləyib və film guya müharibə zamanı insan hekayələrindən bəhs edir.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir