Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırılıblar

Cəmiyyət

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov resmixeber.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Shahwanı və Muhammed Ghanım Maal Khayareen olduğu müəyyən edilib. 

“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, – deyə xidmət rəsmisi bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir