Bakıda ötən illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı kəskin azalıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli resmixeber.az-a məlumat verib.
DYP əməkdaşı bildirib ki, 2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib:
“Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, ötən illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı azdır”.
Bundan əlavə, o bildirib ki, paytaxtda ötən il 269 piyadanı avtomobil vurub.
Nəticədə 134 nəfər ölüb, 153 nəfər xəsarət alıb:
“2021-ci illə müqayisədə piyada vurmaların sayı 41 fakt azalıb”.
www.RESMIXEBER.az