Ekspert: “SGC Cənub-şərqi Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaldır”

Siyasət

“Cənub Qaz Dəhlizi (SGC) Cənub-şərqi Avropa ölkələrinin Rusiyanın enerji resurslarından asılılığını azaldır”.

Bunu “resmixeber.az”a açıqlamasında Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

“Cənub Qaz Dəhlizi layihəsi uzun illər əvvəl planlaşdırılıb və 2020-ci ilin sonunda istismara verilib”, – ekspert xatırladıb.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri enerji təchizatının şaxələndirilməsi Avropa İttifaqı (Aİ) üçün strateji imperativə çevrilib:

“Bu o deməkdir ki, SGC-nin rolu daha da artıb. Buna görə də onun ötürücülük qabiliyyəti azı iki dəfə artırılacaq”.

D.Krneviç əlavə edib ki, Brüsselin belə bir qərarından Azərbaycan da faydalanacaq.

Serbiya Prezidentinin keçmiş müşavirinin fikrincə, Cənub Qaz Dəhlizinin faydası həm geoiqtisadi, həm də geosiyasi xarakter daşıyır:

“Enerji şaxələndirilməsi strategiyasının ayrılmaz tərkib hissəsi kimi ölkənin mövqeyi gücləndikcə, bu, Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bir çox digər aspektlərində, eləcə də Orta Dəhliz, Ermənistanla münasibətlərin normallaşması prosesi, sülh müqaviləsinin imzalanması və sair məsələlərdə özünü göstərir”.

Ekspert vurğulayıb ki, daha əvvəl Brüssel Cənubi Qafqazdakı proseslərdə heç vaxt indiki qədər fəal iştirak etməyib və bu regiona münasibətdə bu dərəcədə qərəzsiz olmayıb:

“İndiki dövrdə birinci məsələ ikinci ilə vəhdət təşkil edir. Bu, Azərbaycan üçün belə vəziyyətin davam edəcəyinə zəmanət verə biləcəyi vaxta qədər strateji baxımdan faydalıdır. Lakin hesab edirəm ki, hər hansı əsaslı dəyişikliyin baş verməsi ehtimalı kifayət qədər azdır, çünki Prezident İlham Əliyev dəfələrlə göstərir ki, o, nə etdiyini bilir”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir