Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb

Cəmiyyət

Paytaxtda 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıqlar sona çatıb. 

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də Xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər.

Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

www.RESMIXEBER.az