Televiziyalar 4 000 manat cərimələnə bilərlər – SƏBƏB

Cəmiyyət

Büdcədən maliyyələşən televiziyalar auditoriya həcminin reytinqini müəyyənləşdirməsə, 4 000 manat cərimələnəcək.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir