Pavel Klaçkov: “Ermənistanı iqtisadi, siyasi və hərbi problemlər gözləyir”

Dünya

“Bəzi şeytani obrazlar səviyyəsində xəyali təhdidlər yaradılır ki, qorxuya düşən sadə erməni xalqı Qərbə qaçsın, təki Türkiyədən uzaqlaşsın”

Rusiya hökuməti yanında Maliyyə Universitetinin filialının direktoru, “İnkişaf Komitəsi”nin ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov bu barədə resmixeber.az-a müsahibəsində tanınmış erməni müxalifətçi fəal Samvel Aslikyanın Rusiyanın bölgədən çəkiləcəyi və onu Türkiyəyə verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, bu, quruluşunda daha çox təbliğat klişesinə bənzəyən tamamilə səhv bir əsaslandırmadır.

“Ermənilərin canına qorxunu necə salmaq olar? Təbii ki, Türkiyə və türklərlə. Burada yeni heç nə yoxdur. Bəzi şeytani obrazlar səviyyəsində xəyali təhdidlər yaradılır ki, qorxuya düşən sadə erməni xalqı Qərbə qaçsın, təki Türkiyədən uzaqlaşsın”, – deyə ekspert vurğulayıb.

O qeyd edib ki,  bundan sonra Ermənistanı iqtisadi, siyasi və hərbi problemlər gözləyir:

“Hərbi problemlər isə bir qayda olaraq, siyasi səhvlərin nəticəsidir. Erməni xalqının və dövlətinin qalması üçün aydın və başa düşülən strategiya görünmür. Hər bir yanlış siyasi qərar hadisələrin inkişafını güc variantına doğru istiqamətləndirə bilər.

Ermənistan aktyor deyil, alətdir, istifadə edib atılan salfet kimi. Ermənistana aydın şəkildə seçilmiş mehriban qonşuluq kursu, Qərbin onu itələdiyi təxribatlardan imtina etmək lazımdır”.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir