Azərbaycan Prezidenti: “Bizim siyasətimiz hər zaman əməkdaşlığa əsaslanıb”

Siyasət

“Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın düzgün hesablanmaması, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi əməkdaşlığı çətinləşdirir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində söyləyib.

Bunun etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxardığını qeyd edən dövlətimizin başçısı deyib:

“Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir